"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsi “Novruz” tədbiri keçirib

--2017-03-17 / 15:30

Novruz xalqımızın ən  önəmli milli bayramıdır. Novruz insanlara bahar arzuları, bahar diləkləri, bahar əhval -ruhiyyəsi bəxş edən adət-ənənədir.

Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.

Hər il olduğu kimi bu ildə Nərimanov Bələddiyyəsinin inzibati binasında "Novruz Bayramı" ilə əlaqədar tədbir keçirilmişdir.Tədbir əsasən şəhid ailələri və  imkansız, tənha qocaları sevindirmək və bayram sovqatlarının paylanmasından ibarət olmuşdur. Bələdiyyənin sədri Təmraz Tağıyev tədbir iştirakçılarını  bayram münasibətilə  təbrik etmişdir. Tədbirin sonunda  bayram sovqatları paylanmışdır.

Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz Bayramınız mübarək olsun!

Fəxrəddin əliyev

(Xüsusi olaraq Belediyye.info üçün)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR